Tunis məğlubiyyətdən sonra baş məşqçisini dəyişdi: Renar milliyə gətirildi
16.06.2026 - 11:03
DÇ-2026-da mübarizə aparan Tunis millisinin yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.
Yığma komanda fransalı mütəxəssis Erve Renara tapşırılıb. O, bu postda DÇ-2026-nın qrup mərhələsinin ilk turunda İsveçə 1:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən Sabri Lyamuşini əvəzləyib.
Renar daha əvvəl Səudiyyə Ərəbistanı millisini, həmçinin Fransanın qadınlardan ibarət yığmasını çalışdırıb.
Qeyd edək ki, F qrupunda yer alan Tunis növbəti oyununu iyunun 21-də Yaponiya millisinə qarşı keçirəcək.
- Sumo üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub
- “Gəncə”nin baş məşqçisi: “Gəncə üçün ən yaxşısını etmək istəyirik”
- AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etmədi
- Daha bir futbolçu milliləşdirilir: "Dinamo"nun üzvü AFFA-nın hədəfindədir
- NTD-nin basketbolçusu: "Bu mövsüm üçün əsas məqsədimiz play-off-a çıxmaqdır"
0
0