Zamiq Əliyevin komandası növbəti mərhələdə
01.08.2025 - 09:23

Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlib.
Apasport.az xəbər verir ki, Albaniya təmsilçisi III mərhələyə vəsiqə qazanıb.
Zamiqin komandası Minsk "Dinamo"sunu mübarizədən kənarlaşdırıb.
İlk matçda 2:0 üstün olan "Eqnatiya"ya cavab görüşündə bir qol kifayət edib. Bu qarşılaşmada start heyətində yer alan Əliyev 86-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, albanlar növbəti mərhələdə "Olimpiya" (Sloveniya) münasibətlərə aydınlıq gətirəcəklər.
0
0