“Zirə”nin futbolçusu Nigeriya millisi ilə görüşdə meydana çıxıb
07.09.2025 - 01:33
“Zirə”nin futbolçusu Nigeriya millisi ilə görüşdə meydana çıxıb

"Zirə" klubunun müdafiəçisi Anje Mutsinzi Ruanda millisinin heyətində növbəti matçına çıxıb.

Apasport.az xəbər verir ki, onun komandası DÇ-2026-nın seçmə mərhələsində Nigeriya ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Mutsinzi bütün matç boyu meydanda olub.

Qeyd edək ki, hazırda Ruanda 8 xalla C qrupunda 4-cü pillədə qərarlaşıb.