Mayın 17-də 20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda 34 klub və idman cəmiyyətindən olan 152 cüdoçu (128 oğlan, 24 qız) ümumilikdə 12 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
ACF Kuboku Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşmasında mühüm rol oynayır.
- “Mançester Yunayted” Erik ten Haqı yola salmağa hazırlaşır
- Super Liqa: “Beşiktaş”dan xal itkisi, “Başakşəhər”dən qələbə
- FIFA irqçiliklə bağlı qanunları sərtləşdirib
- Azərbaycanla oyuna görə tənqid olundu: “Komandanın gücünü zəiflətdi”
- Vurğun Hüseynov: “Azarkeşlərimiz gələcəkdə daha yaxşı "Sumqayıt" görəcəklər"