Anaxanım İsmayılova dünya çempionatında mərhələ adlayıb
12.03.2025 - 16:54
Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatında mərhələ adlayıb.
Apasport.az xəbər verir ki, 48 kq-da mübarizə aparan Anaxanım İsmayılova döyüşmədən 1/4 finala yüksəlib.
Buna səbəb onun rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina etməsi olub. Nəticədə İsmayılova qalib elan edilib.
Qeyd edək ki, mundialda bu gün daha 2 boksçumuz rinqə çıxacaq.
- Azərbaycan millisinin üzvləri danışılmış oyunlarla bağlı seminarda iştirak ediblər
- Boks millimiz qitə birinciliyində 11 boksçu ilə təmsil olunacaq
- Henderson 24 saat ərzində "Ayaks"da rekord qırdı
- Fernandeş Salahla De Bruyneni arxada qoydu
- Millimizin baş məşqçisi: "Çox güclü qrupda mübarizə aparacağıq"
0
0