Azərbaycan boksçuları iyunun 15-də Çinin Quyyan şəhərində start götürəcək Dünya Kubokunda mübarizə aparacaqlar.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.
Yarış 7 gün davam edəcək.
Kişilərdən ibarət komandanın baş məşqçisi Ravşan Xocayev reytinq xarakterli Dünya Kubokunda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqesə (90 kq) şans verəcək.
Çimkənddə təlim-məşq toplanışında olan boksçularımız Quyyana Qazaxıstandan yollanacaqlar. Dünya Kubokunun püşkü iyunun 14-da atılacaq.
Qeyd edək ki, millimiz Braziliyada keçirilən ilin ilk Dünya Kubokunda 3 qızıl, 1 bürünc medal qazanıblar.
- Kurban Berdıyev: "Oyun intizamı istədiyimiz kimi deyildi"
- “Abşeron”un baş məşqçisi: “Rahat xallar qazandıq”
- Ronaldonun bəyəndiyi iddia: “Messi yalnız 5 “Qızıl top” qazanmalı idi”
- ACF rəsmiləri cüdoda yeni qaydalarla bağlı təşkil olunmuş seminarda iştirak ediblər
- Dmitri Polyaruş Bakıda seminar keçirib