Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda finala vəsiqə qazanıb
20.06.2026 - 17:45
Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunda finala vəsiqə qazanıb

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov (75 kq) Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, idmançı yarımfinalda yarımfinalında italiyalı Rontani Quidi Qabrielə 4:1 hesabı ilə qalib gəlib.

Eyni raundda məğlub olan Alfonso Dominqes (90 kq) və Murad Allahverdiyev (80 kq) bürünc medalla kifayətləniblər.