Azərbaycanın daha bir boksçusu Avropa çempionatının 1/4 finalında
04.10.2025 - 12:26
Azərbaycan millisinin daha bir boksçusu Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatına qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, millinin üzvü Məhəmməd Cəfərov (+90 kq) 1/8 finalda Nikolas Saleki (Çexiya) mübarizədən kənarlaşdırıb.
Boksçumuz döyüşün taleyini ilk raundda həll edib. O, yerli idmançıya tam üstünlüklə qalib gəlib.
Cəfərov 1/4 finalda ilk mərhələdən azad olan Oleksander Slyesariyevlə (Ukrayna) döyüşəcək. Görüş oktyabrın 5-də olacaq.
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Azərbaycan Basketbol Federasiyası məşqçilər üçün nəzəri və praktiki seminar təşkil edib
- “Araz-Naxçıvan” rekordunu təkrarlayıb
- Yunanıstan kubokunun yarımfinalı Əliyar Ağayevə tapşırıldı
- “Fənərbaxça” bəlkə də çempionluqdan oldu
0
0