Boksçularımız Gürcüstanda keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar
09.06.2025 - 13:53

Azərbaycanın gənc boksçuları Gürcüstanın Poti şəhərində keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar.
Apasport.az xəbər verir ki, millinin heyətində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq) və Məhəmməd Cəfərov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutublar.
Yalnız finalda məğlub olan Sübhan Babayevlə (57 kq) Hüseyn Hüseynli (90 kq) gümüş medala yiyələniblər.
Nihat Qasımov (50 kq) və Rza Rzayev (75 kq) isə turniri bürünc mükafatla başa vurublar.
0
0