Boksçularımız Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq
01.09.2025 - 15:56
Sentyabrın 2-də Qazaxıstanın Aktau şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
Apasport.az xəbər verir ki, Şokır Beltekulının şərəfinə keçiriləcək və 5 gün davam edəcək A kateqoriyalı ənənəvi yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Turnirdə məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında rinqə Zəlimxan Süleymanov (55 kq), Məhəmməd Aşırəliyev, Elbrus Adıgözəlov (hər ikisi 60 kq), Malik Həsənov, Ruslan Rüstəmov (hər ikisi 65 kq) və Nicat Əlirzayev (70 kq) çıxacaqlar.
Qeyd edək ki, bu gün səfərə yollanan komandamız sentyabrın 7-də Bakıya qayıdacaq.
- UEFA Mahirin komandası barədə qərar verdi
- İki boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- Konfrans Liqası: Emrelinin komandası növbəti mərhələdə - YENİLƏNİB
- Əhmədzadə erməni rəqibi üzərində inamlı qələbə ilə növbəti mərhələdə
- “Qalatasaray”ın futbolçusuna milli dəvət – Batrakov Rusiya yığmasında
0
0