Boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
03.10.2025 - 11:09
Azərbaycan boksçusu Sübhan Babayev U-19 Avropa çempionatına qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan milli üzvü 1/8 finalda Luka Crnoqoraçı (Xorvatiya) mübarizədən kənarlaşdırıb.
Boksçumuz rəqibini 3:1 (29:27, 28:27, 29:27, 28:28, 27:29) hesabı ilə məğlub edib.
Babayev 1/4 finalda Simonas Puniskislə (Litva) üz-üzə gələcək. Döyüş oktyabrın 4-də olacaq.
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.
- Daha 2 güləşçimiz BRICS Oyunlarında medal qazanıb
- Qurban Qurbanov: “Komandamız tam optimal formasından uzaqdır”
- İmmobile "Beşiktaş" üçün İstanbula gəlir
- Ramin Quliyev: “Roman Qriqorçuk "Neftçi"ni daha yaxşı yerlərə gətirəcək” - Müsahibə
- Danimarkalı futbolçu: "İnanmıram ki, Bakıda saat fərqi bizə təsir etsin"
0
0