Boksçumuz beynəlxalq turnirdə finala çıxıb
02.08.2025 - 11:59
Boksçumuz beynəlxalq turnirdə finala çıxıb

Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında "Brandenburq Kuboku"nda yarımfinal mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin idmançısı Sübhan Babayev (60 kq) rinqə çıxıb.

O, italiyalı Mattia Turrinlə döyüşüb. Boksçumuz rəqibini 4:1 (29:28, 27:30, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub edib.

Sübhan Babayev finalda Ellisbey Selimlə (ABŞ) qarşılaşacaq.