Boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
04.12.2025 - 18:26
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib.
Apasport.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.
Məhəmmədəli Aşurəliyev (60 kq) 1/32 final çərçivəsində Visdom Barnorla (Syerra-Leone) qarşılaşıb. Boksçumuz döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə xeyrinə bitirib. Dünya çempionatında debütdə qələbə qazanan Aşurəliyev növbəti görüşündə ilk mərhələdən azad olan Mrema (Tanzaniya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, millimiz dünya çempionatına 11 boksçu ilə yollanıb.
- Ronaldo La Liqa klubunun səhmlərini almaq istəyir
- “Qarabağ”ın Avropa Liqasında oyunları ilə bağlı İstanbulda müzakirə
- “Neftçi” ilə neftçilər arasında Neft Daşlarında görüş - VİDEO
- İrəvandan qayıdan azərbaycanlı atletlər Bakıda
- Branimir Subaşiç: “Azərbaycan millisi Belçika ilə görüşdə daha çoxuna layiq idi” - MÜSAHİBƏ
0
0