Boksçumuz Dünya kubokunda qələbə ilə başlayıb
21.04.2026 - 10:58
Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya kuboku start götürüb.
Apasport.az xəbər verir ki, reytinq xarakterli yarışa Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov qələbə ilə başlayıb.
70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk döyüşündə Necat Ekinçi (Türkiyə) ilə qarşılaşıb. Boksçumuz rəqibini 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib. İsgəndərov 1/8 finalda Murodjon Aşuraliyevlə (Tacikistan) üz-üzə gələcək. Görüş aprelin 22-də olacaq.
Qeyd edək ki, Dünya kuboku aprelin 26-da başa çatacaq.
- “Formula 1”-in Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri Yaxın Şərqdə vəziyyətə görə ləğv edilib
- 7 şahmatçı Azərbaycan çempionatına vəsiqə qazanıb
- "Neftçi" yeni transferini rəsmi olaraq açıqladı
- Rəşad Sadıqov: “Daha öncə də mübahisəli qərarlar olub”
- Portuqaliyalı müdafiəçi “Fənərbaxça”nın hədəfində
0
0