Boksçumuz İslamiadaya qələbə ilə başlayıb - FOTO
06.11.2025 - 19:23
Azərbaycan boksçusu Aynur Mikayılova Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, 57 kq çəkidə döyüşən milli üzvü 1/4 finalda Hadeel Aşuru (Səudiyyə Ərəbistanı) məğlub edib.
O, rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Mikayılova yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.
Qeyd edək ki, boksçumuz noyabrın 9-da yarımfinalda ilk döyüşdən azad olan Noura Abunabla (Fələstin) qarşılaşacaq.
- Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı bəlli olub
- “Sabah”da oynamadan getdi – 1 illik əcnəbi turist
- "Zirə" və "Şerif" arasında keçiriləcək cavab matçının hakimləri də bəlli olub
- Sərbəst güləşçilərin çıxışına yekun vurulub
- DÇ-2026: Almaniya və Niderlanddan darmadağın, Çexiya pley-offda - YENİLƏNİB
0
0