Dünya çempionumuz təsnifat turnirində növbəti qələbəsini qazanıb
30.05.2024 - 13:53
Azərbaycan boksçusu Alfonso Dominqes Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, 92 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/16 finalda Marko Çaçiki (Xorvatiya) məğlub edib.
Dünya çempionu rəqibinə 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Dominqes 1/8 finalda Sanjit Sanjitlə (Hindistan) üz-üzə gələcək. Görüş mayın 31-də baş tutacaq.
Qeyd edək ki, bu gün Məhsəti Həmzəyeva (57 kq) da rinqə çıxacaq.
- Adil Şükürov: "Bunu bəzi məşqçilər və idarəçilər düşündürməlidir" - MÜSAHİBƏ
- Mahamadu Ba: "Karyeramda yeni bölüm başlayır"
- Millinin baş məşqçisi: "Basketbolçularımız Ermənistanla matçda məsuliyyət hiss edirdilər"
- AFFA rəsmisi Avropa Futbol Azarkeşləri təşkilatı tərəfindən keçirilən görüşdə iştirak edib
- “Tottenhem”in müdafiəçisi Super Liqa klublarının hədəfində
0
0