Eyndhoven Kubokuna 5 boksçu ilə
05.06.2025 - 16:38
Niderlandın Eyndhoven şəhərində boks üzrə beynəlxalq turnir keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda Azərbaycan millisi 5 idmançı ilə təmsil olunacaq.
Eyndhoven kubokunda məşqçilər Ceyhun Abiyev və İlkin Ağayevin rəhbərliyi altında rinqə Məhəmmədəli Qasımzadə, Məhəmmədəli Aşurəliyev (hər ikisi 60 kq), Əli Abdullayev (65 kq), Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) rinqə çıxacaqlar.
Turnirdə Emil Qurbanəliyev ölkəmizi hakimi kimi təmsil edəcək.
Yarış iyunun 6-da start götürəcək. Final döyüşləri isə ayın 9-da olacaq.
- "Qarabağ"a məğlubiyyətin ağır nəticəsi: Baş məşqçi istefa verdi
- “Fənərbaxça” Livakoviçi rəsmiləşdirdi
- “Barselona”nın Levandovski planı
- Veteran futbolçu: “Sabah” sonda medalçılar sırasında olacaq" - Müsahibə
- AFFA Premyer Liqa klublarının akademiyalarına yerində ziyarət və qiymətləndirmə prosesini başa çatdırıb
0
0