Paris-2024: Boksçumuz gümüş medal qazanıb
10.08.2024 - 00:54
Paris Yay Olimpiya Oyunlarında boks üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, təmsilçimiz Alfonso Dominqes 92 kq çəki dərəcəsində final matçına çıxıb.
O, həlledici görüşdə özbəkistanlı Lazizbek Mullojonov ilə qarşılaşıb.
Qarşılaşma rəqibin 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Dominqes turnirin gümüş mükafatı ilə kifayətlənməli olub.
Qeyd edək ki, təmsilçimiz Tokio-2021-də bürünc medal qazanıb. Bununla da Alfonso, boks tariximizdə ikiqat olimpiya mükafatçısı olan yeganə idmançı kimi tarixə düşüb.
- Marko Veşoviç: “Qarşıdakı matçlardan da yaxşı nəticə ilə ayrılmağa çalışacağıq”
- “Səbail” baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
- Millimizin qapıçısı Qazaxıstanda 3-cü qolunu vurdu - VİDEO
- Cerrard “Liverpul”a çempionluq hədiyyə edə biləcəkmi? - Premyer Liqada mövsüm bitir
- “Qarabağ”ın Çexiya proqramı açıqlandı
0
0