Mayın 2-si və 3-ü tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 8 çəki dərəcəsində 15 cüdoçu ilə təmsil olunacaq.
Milli komandamıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edəcək.
Beynəlxalq turnirdə 16 ölkədən 310 idmançı iştirak edəcək. Avropa Kubokunun ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər – Mehman İmamquliyev və Pərviz Hüseynov da yer alacaq.
Heyəti təqdim edirik:
Oğlanlar
50 kq
Ülvi Cəlilzadə
Əli Kazımzadə
Fərid Rzazadə
55 kq
Səlim Hüseynov
Devid Mahmudov
Turan Ayvazlı
60 kq
Məhəmməd Abdullazadə
Əli Əlizadə
66 kq
Zaməddin Bağırov
Teymur Gülməmmədov
73 kq
Ruslan Əsgərov
Akif Məmmədli
81 kq
Hüseyn Səfərov
90 kq
Saleh Rzayev
+90 kq
Hüseyn Hüseynov