Avropa çempionatının ikinci günündə ikinci qızıl medal
06.09.2024 - 17:30
Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, millimiz yarışların ikinci günündə ikinci qızıl medalı da aktivinə yazdırıb.
Süleyman Şükürov (81 kq) finalda gürcüstanlı Aleksandre Loladze ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Şükürov yarışın qalibi olub.
Bu gün Vüsal Qələndərzadə də (73 kq) qızıl medal qazanıb.
Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.
- Ölkə çempionatında 1/4 final həyəcanı: "Zirə"dən darmadağın
- Yüksək Liqa: VIII tura yekun vurulacaq
- "Zirə" - "Omoniya" matçının biletləri bu gün satışa çıxarılacaq
- "Səbail"in kapitanı: "Avrokuboklara düşməmək bizim üçün uğursuzluq deyil" - Müsahibə
- "Neftçi" kubok oyununun hazırlığını başa vurub - FOTO
0
0