Cüdoçumuz Astanada bürünc medal qazandı
10.05.2024 - 17:51
Azərbaycan cüdoçusu Kamran Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü üçüncü yer uğrunda mübarizədə digər komanda yoldaşı Ruslan Paşayevlə qarşılaşıb.
Rəqibini üstələyən K.Süleymanov Azərbaycana yarışda ilk medalı qazandırıb.
Qeyd edək ki, turnirin qalibləri 1000, gümüş və bürünc medalçılar isə müvafiq olaraq 700 və 500 reytinq xalı qazanacaqlar.
- "Sumqayıt" qələbə seriyasını davam etdirmək niyyətindədir"
- Bundesliqada mövsümün ən yaxşısı müəyyənləşdi
- ABŞ-də keçiriləcək mundial təhlükədə: Avropadan boykot çağırışları
- “Napoli” “Fənər”in istədiyi forvardla maraqlanır
- "Sivasspor" - "Qalatasaray" matçının hakimi karyerasını bitirir? - MHK sədrindən açıqlama
0
0