Cüdoçumuz "Böyük Dəbilqə"də bürünc medal qazanıb
14.02.2025 - 17:52
Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Bakıda keçirilən "Böyük Dəbilqə"də bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, 25 yaşlı idmançı üçüncü yer uğrunda qarşılaşmada ukraynalı Dilşot Xalmatovla üz-üzə gəlib.
Yusifov rəqibini qızıl xal bölümündə məğlub edib.
Eyni çəkidə Balabəy Ağayev bürünc mükafat uğrunda görüşdə belçikalı Jorre Verstraetenə uduzub.
Bu gün Elşən Əsədov (66 kq) üçüncü yer uğrunda qarşılaşmada özbəkistanlı Azizbek Ortıkovla üz-üzə gələcək.
Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.
- "Sabah"ın baş məşqçisi: "Oyunçularım təzyiqlə bacara bilmədi"
- NBA: Alperen Şengün matçın ən məhsuldar oyunçusu oldu, komandası uduzdu
- “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” seminarı keçirilib - FOTO
- Avarçəkmə üzrə “Prezident Kuboku-2024”də 20-dən çox ölkə yarışacaq - VİDEO
- A seriyasında 8 milyonluq transfer
0
0