Cüsoçularımız Zaqreb Qran-Prisində iştirak edəcəklər
12.11.2025 - 23:23
Cüsoçularımız Zaqreb Qran-Prisində iştirak edəcəklər

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 14–16 noyabr tarixlərində Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-Pri turniri keçiriləcək. 

Apasport.az xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin başçılığı altında ümumilikdə 9 çəki dərəcəsində 15 cüdoçu (12 kişi, 3 qadın) ilə təmsil olunacaq.

Üç gün davam edəcək turnirdə 49 ölkədən 398 idmançı (230 kişi, 168 qadın) iştirak edəcək.

Heyəti təqdim edirik:

Kişilər 

-60 kq
Hüseyn Allahyarov
Murad Muradlı

-66 kq
İslam Rəhimov
Nazir Talıbov

-73 kq
İbrahim Əliyev
Rüfət Şövlətov

-81 kq
Vüsal Qələndərzadə

-90 kq
Aslan Kotsoyev
Vüqar Talıbov

-100 kq
Əjdər Bağırov

+100 kq
Camal Qamzatxanov
Kənan Nəsibov

Qadınlar

-48 kq
Könül Əliyeva

-52 kq
Aydan Vəliyeva
Gültac Məmmədəliyeva