Dünya çempionatı: Ömər Rəcəbli 1/4 finalda - YENİLƏNİR
07.10.2026 - 13:58
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli yarışa 1/16 finaldan başlayıb.
O, ilk görüşündə Sibqatullah Arabla (IRT) üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz adını 1/8 finala yazdırıb.
Rəcəbli bu mərhələdə özbəkistanlı Murodjon Yuldoşevə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
Azərbaycan təmsilçisi yarımfinala gedən yolda serbiyalı Mihaylo Siminlə qarşılaşacaq.
0
0