Millimiz beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb
08.07.2025 - 09:28
Millimiz beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb

Cüdo üzrə gənc qızlardan ibarət milli komandamız Çexiyanın Nimburk şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb. 

Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı baş tutan toplanışda cüdoçularımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edir. 

Qeyd edək ki, 3 gün davam edəcək təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.