Millimiz Rusiyada beynəlxalq təlim-məşq toplanışına qatılıb
20.05.2026 - 14:57
Yeniyetmə oğlanlardan ibarət milli komandamızın üzvləri Rusiyanın Xabarovsk şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Hazırlıq prosesində 5 cüdoçumuz iştirak edib.
Xatırladaq ki, idmançılarımız daha əvvəl Xabarovskda Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə mübarizə aparıb. Təmsilçilərimiz yarışı 1 qızıl və 1 bürünc medalla tamamlayıb.
0
0