Mayın 2-si və 3-ü tarixlərində Türkiyənin İstanbul şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq nüfuzlu yarışda ölkəmiz geniş heyətlə təmsil olunacaq.
Apasport.az xəbər verir ki, turnirdə Azərbaycanın 12 çəki dərəcəsində 44 cüdoçusu (32 oğlan, 12 qız) medallar uğrunda mübarizə aparacaq.
Komandaya gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Beynəlxalq turnirin ümumi iştirakçı sayı da kifayət qədər yüksəkdir. Belə ki, İstanbul tatamilərində 27 ölkədən 515 idmançı (311 oğlan, 204 qız) qüvvəsini sınayacaq.
Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri də yer alacaqlar. Beynəlxalq turnirdə “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Rəşad Əliyev, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Ülvi Əliyev və respublika dərəcəli hakim İslam Nəcəfquliyev ədaləti qoruyacaqlar.
Heyəti təqdim edirik:
Oğlanlar
60 kq
Ayxan Mirzəzadə
İsmayıl Əlipənahov
Məhəmməd Məmişov
Ömər Zamanlı
66 kq
Nihad Məmişov
Nicat Süleymanlı
Əhməd Rüstəmov
Fəxri Sahibzadə
İlham Zeynallı
Sadiq İsgəndərli
73 kq
Hüseyn Şahmarlı
Mehdi Cəfərov
Əbil Yusubov
Səlim Sultanov
Nihad Yəhyayev
Kənan Hüseynov
Nadir İmanov
81 kq
Mehdi Abbasov
Roman Qarayev
90 kq
Əli Qazıməmmədov
Süleyman Şükürov
Aslan Kotsoyev
Səid Hüseynov
Osman Səlimov
100 kq
Davud Namazlı
Hüseyn Eyvazlı
Canpolad Əliyev
Vidad Əliyev
Emin Hüseynov
+100 kq
Ramazan Əhmədov
Eldar Əliyev
Sübhan Axundov
Qızlar
48 kq
Gülgəz Musayeva
Nərgiz Əhmədova
Gülşən Hüseynova
52 kq
Çinarə Sadıqova
Aysun Məmmədova
Nuranə Hacızadə
Fəridə Mirzəyeva
57 kq
Xədicə Qədəşova
Aytən Verdiyeva
63 kq
Nilgün Rzayeva
Ayan Əliyeva
70 kq
Aynur Həsənova