İyunun 15-də böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda 42 klub və idman cəmiyyətindən olan 194 cüdoçu mübarizə aparacaq.
168 oğlan və 26 qız 12 çəki dərəcəsində medallar uğrunda yarışacaqlar.
Cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşmasında mühüm rol oynayır.
Qeyd edək ki, turnir Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək.
- Abdullah Zubir: "Pley-off mərhələsinə vəsiqə qazanmağa şansımız var" - Müsahibə
- Füzuli Məmmədov üçün çətin hədəf: Əlində kim varsa...
- Millimizin üzvü: "İsveçlə oyunda məsuliyyətimizi dərk edirik"
- Ronaldo: "Messi dünya çempionluğuna layiqdir!"
- Avropa Oyunları gündəliyi: İdmançılarımızın Krakov sınağı