Təmsilçimiz Avropa Kubokunda üçüncü olub
08.08.2026 - 21:34
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk günü başa çatıb.
Apasport.az xəbər verir ki, ilk gündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb.
63 kq çəki dərəcəsində çıxış edən Nilgün Rzayeva üçüncü yer uğrunda görüşdə rumıniyalı Maya Adamaçiyə qalib gələrək bürünc medal qazanıb.
Sabah turnirdə daha 10 cüdoçumuz mübarizəyə qoşulacaq.
0
0