Yaponiyanın olimpiya və dünya çempionu olmuş cüdoçuları Bakıda keçiriləcək "Böyük Dəbilqə"də çıxış edəcəklər.
Apasport.az xəbər verir ki, qadınlar arasında olimpiya, üçqat dünya çempionu Natsumi Çunoda (48 kq), olimpiya və dördqat dünya çempionu Uta Abe (52 kq) tatamiyə çıxacaqlar.
Kişilərdə olimpiya və dünya mükafatçısı Ryuju Naqayama (60 kq), dünya mükafatçısı Tatsuki İşihara (73 kq), olimpiya və dünya mükafatçısı Sanşiro Murao (90 kq) mübarizə aparacaq.
Həmçinin ikiqat Olimpiya və üçqat dünya çempionu Ono Şoheyinin də məşqçi kimi Yaponiya nümayəndə heyətinin tərkibində Bakıya gələcəyi gözlənilir. Ümumilikdə Yaponiya Bakıdakı turnirdə 19 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 14-16-sı aralığında Milli Gimnastika Arenasında baş tutacaq.
- FIS erməni xizəkçini Azərbaycan adını örtməsinə görə cəzalandırıb
- Konfrans Liqasında II təsnifat mərhələsinə start verilib
- Azərbaycan ağırlıqqaldıranı dünya 2-cisi oldu və 2 rekord qırdı
- Bakıda keçiriləcək UFC turnirinə 70-ə yaxın ölkədən azarkeşlər gələcək
- Kurban Berdıyev: "Nə hücumda, nə də müdafiədə yaxşı oynamadıq"