Yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçiriləcək
10.04.2025 - 16:51
12-13 apreldə Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirdə 15 ölkədən 357 idmançı mübarizə aparacaq.
Azərbaycan yığması yarışda 15 çəki dərəcəsində 35 cüdoçu (16 oğlan, 19 qız) ilə təmsil olunacaq.
Qeyd edək ki, Yeniyetmə oğlanlardan ibarət milli komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
- Naradan yenicə ayrılan “Qalatasaray”lı modellə sevgili oldu
- "Fənərbaxça"nın arzuladığı futbolçu İtaliyada qalmaq istəyir
- Azərbaycan Milli Olimpiya komandasının üzvləri təltif edilib - SİYAHI
- Daha bir parabadmintonçumuz AÇ-nin YARIMFİNALINDA
- "Bavariya" 2012-ci ildən bəri ilk dəfə mövsümü kuboksuz başa vurdu
0
0