"Araz-Naxçıvan" ÇL-də mübarizəyə başlayacaq
27.08.2025 - 14:54
"Araz-Naxçıvan" ÇL-də mübarizəyə başlayacaq

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində yer alan “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayacaq.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi qrup oyununda Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə qarşılaşacaq.

Avstriyada keçirləcək görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, bu qrupun bütün oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək. 2024-cü ilin avqustunda İsveçdə baş tutan görüşdə “qırmızı-ağlar” 7:1 hesablı qələbəyə sevinib.

UEFA Çempionlar Liqası
19:00
"Araz-Naxçıvan" – "Sparta Belfast" (Şimali İrlandiya)
Baş hakim: Qonçalo Felipe Santos Duarte (Portuqaliya)