Atıcılarımız Avropa çempionatında bürünc medal qazanıblar
13.03.2025 - 00:24
Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa Çempionatında Azərbaycan millisi bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma üzrə kişilərin trio komanda yarışında Ruslan Lunev, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığma üçüncü yerə sahib çıxıb.
Təmsilçilərimiz bürünc medal uğrunda qarşılaşmada Almaniya idmançılarına 16:14 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, yarışın qalibi Türkiyə yığması, gümüş medalçısı isə Çexiya olub.
- Bedri Meriç: “Sonadək döyüşdük və layiq olduğumuzu aldıq”
- "Lion"nun Bakıdakı açıq məşqinin vaxtı müəyyənləşib
- Kamal Quliyev: "Yaltaqlıq, düşüklük eləsəydim, AFFA-da vəzifədə olardım" - "Ofsayd"
- Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
- Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar bəlli oldu
0
0