Azərbaycan klubunun kapitanı UEFA-nın kursunda iştirak edir
18.08.2024 - 11:58
"Baku Fire” futzal klubunun kapitanı Elvin Quliyev UEFA-nın məşqçilər üçün nəzərdə tutulan B kateqoriyalı kursunda iştirak edir.
Apasport.az xəbər verir ki, Finlandiyada təşkil olunan kursda UEFA təlimçiləri həm nəzəri, həm də praktiki təlimlər keçir.
Kurs 3 mərhələdən ibarətdir. Növbəti seminar noyabrda, imtahan isə gələn ilin fevralında keçiriləcək.
Qeyd edək ki, bu, UEFA-nın futzal üzrə təşkil etdiyi ali kursdur.
- Mahir Emreli: “Böyük klublara qarşı oynamağı mən sizdən də çox gözləyirəm” - MÜSAHİBƏ
- Millimiz Avropa çempionatında 11 boksçu ilə təmsil olunacaq
- “Leypsiq”də baş məşqçi postuna namizəd
- Ramin Musayev istefa verdi
- Bax: “Bakı Dünya Taekvondosunun 50 illik yubileyini qeyd etmək üçün əlamətdar bir məkandır”
0
0