Azərbaycanlı qolfçu Qazaxıstanda çempion olub
07.08.2026 - 12:02
Azərbaycanlı qolfçu Emin Rzayev Qazaxıstanda keçirilən beynəlxalq turnirin qalibi olub.
Apasport.az xəbər verir ki, gənc idmançımız Almatıda təşkil olunan “Kazakhstan Junior Open 2026” turnirində bütün rəqiblərini geridə qoyaraq çempionluq sevinci yaşayıb.
“Stroke Play Gross” formatında iki gün davam edən yarışın yekununda Emin Rzayev 10 yaş kateqoriyasında 1-ci yeri tutub.
Qeyd edək ki, Rzayev ötən il də eyni turnirin qalibi olmuşdu.
0
0