Badmintonçumuz Niderlandda gümüş medal qazanıb
29.10.2024 - 13:31
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Niderlandın Hertogenbos şəhərində keçirilən “International Challenge” seriyalı “YONEX Dutch Open” beynəlxalq turnirində gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, Keişa Fatimə Zəhra qadın badmintonçuların şəxsi yarışında finala kimi irəliləyib.
Mübarizəyə 1/16 finaldan başlayan Keişa finala gedən yolda Hindistan, Danimarka və Bolqarıstan təmsilçilərinə qalib gələrək finala yüksəlib.
Keişa qızıl medal uğrunda keçirilən oyunda Malayziya badmintonçusu Kisona Selvaduraya 0:2 (14-21,16-21) hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.
- Qadın cüdo millimiz niyə "Böyük Dəbilqə"lərdə iştirak etmir?
- "Beşiktaş"lı futbolçulara təpik atan şəxs həbs edildi
- "Santos" darmadağın oldu: Neymar gözyaşlarını saxlaya bilmədi - VİDEO
- Azərbaycanda 2 futbolçuya danışılmış oyunlara görə ömürlük diskvalifikasiya
- Mixail Malkin Dünya kubokunun qalibi olub
0
0