Fərid Qayıbov İordaniya səfiri ilə görüşüb
25.04.2024 - 21:33
Aprelin 25-də gənclər və idman naziri Fərid Qayıbov İordaniya Haşimilər Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Ömər Bərəkət əl-Naharı qəbul edib.
Apasport.az xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizin gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Səfir səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
- Rəşad Sadıqov: "Eşitməmiş kimsə anti-futbol oynadığımızı desin“
- Yığmamızın sabiq legioneri: “Milliyə oynamaq istəyənləri çağırmaq lazımdır” - MÜSAHİBƏ
- Güləş üzrə Azərbaycan çempionatı başlayır
- Sabiq "Bavariya"lı Premyer Liqa klublarını maraqlandırır
- Millimiz Ermənistanı məğlub edərək qrup lideri oldu
0
0