Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla yekunlaşıb.
Apasport.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bu il könüllü olmaq üçün cəmi 48 saat ərzində 31 mindən çox müraciət daxil olub. Onlardan təxminən 16 min namizəd ərizəsini uğurla tamamlayaraq müsahibə mərhələsində iştirak edib.
Səkkiz həftə ərzində intensiv şəkildə həyata keçirilən müsahibələr çərçivəsində yüzlərlə görüş baş tutub və namizədlər müxtəlif istiqamətlər üzrə qiymətləndiriliblər. Müsahibə mərhələsinin nəticələri yaxın günlərdə namizədlərin şəxsi kabinetlərinə yerləşdiriləcək.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.
- "Zenit" yarımmüdafiəçiləri ilə müqavilə yeniləyib
- Millimizin baş məşqçisi yeniyetmə və gənc voleybolçularla görüşüb
- Azərbaycanda danışılmış oyunlara görə 6 futbolçu 2 il, 1 nəfər ömürlük cəzalandı
- I Liqa matçında ilk dəfə VAR sistemindən istifadə ediləcək
- Benzia "Qarabağ"dan gedir? - Əlcəzairli qərarını verdi