İslam Oyunları: Yığmamız Özbəkistana məğlub oldu - FOTO
06.11.2025 - 19:04
Bu gün VI İslam Həmrəyliyi Oyunlarında futzal üzrə Azərbaycan millisi ikinci oyununu keçirib.
Apasport.az xəbər verir ki, komandamız Özbəkistan futzalçıları ilə qarşılaşıb.
Oyun rəqibin 13:2 hesablı qələbəsi ilə başa çatıb.
Komandamızın heyətində Emil Həsənzadə və Fərid Abbasov fərqləniblər.
Qeyd edək ki, millimiz qrupda son oyununu noyabrın 8-də Səudiyyə Ərəbistana qarşı keçirəcək.
0
0