Millimiz dünya çempionatına məğlubiyyətlə başladı
25.04.2023 - 22:41
Bu gün Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların IV dünya çempionatına start verilib.
Apasport.az xəbər verir ki, D qrupunda yer alan Azərbaycan millisi ilk yarış günündə meydan sahibi Bolqarıstanla qarşılaşıb. Görüş 29:19 hesabı ilə bolqarların xeyrinə başa çatıb.
Komandamız qrupda növbəti matçını Nigeriyaya qarşı keçirəcək. Yalnız qrup qalibləri yarımfinala vəsiqə qazanır.
Qeyd edək ki, çempionat aprelin 30-dək davam edəcək.
- İtaliyalı prezident: "Rusları Bakıya buraxmaqla təsnifatı korlamış olacağıq"
- Millətlər Liqası: Türkiyədən qələbə, Gürcüstan məğlub oldu - YENİLƏNİB
- “Arsenal” İtaliya klubundan hücumçu alır
- "Barselona"dan məğlubiyyətsizlik seriyası
- Bir qrup idmançımız Paris Yay Olimpiya Oyunlarına yola salınıb - FOTO
0
0