Parabadmintonçumuz bürünc medal qazandı
21.04.2024 - 16:00
Parabadmintonçumuz İbrahim Əliyev beynəlxalq turnirdə bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, o, bu uğura İspaniyanın Vitoriya şəhərində keçirilən kişi para badmintonçuların qoşa yarışlarında nail olub.
Sinqapur parabadmintonçusu Tay Vey Minqlə birgə duet təşkil edən İbrahim yarımfinalda mübarizəni dayandırıb. İdmançımız finala gedən yolda Hindistan təmsilçilərinə uduzub.
Qeyd edək ki, Əliyev-Minq cütü 1/4 finalda Fransa təmsilçiləri Martın Baptiste-Sarrobert Klement tandeminə hər iki setdə qalib gəlib.
- Gəncədə üzgüçülük üzrə “ASF Ganja Cup 2025” turniri keçiriləcək
- Rauf Mehdiyev: "Rakov"la görüşdə Şahruddin sözünü deyəcək" - MÜSAHİBƏ
- Rəcəbov “Top-10”da, Məmmədyarov gerilədi – FİDE reytinqi
- "O hakimi Həvəskarlar Liqasında da işləməyə qoymaram" - VİDEO
- Hakimləri təhqir etdi: 5 oyun cəza, 4000 manat cərimə
0
0