"Paris Paralimpiadasında iştirak hüququ qazandığım üçün çox sevincliyəm”.
Apasport.az xəbər verir ki, bunu pauerliftinq üzrə milli komandamızın üzvü Ceyhun Mahmudov deyib.
Paris-2024 Paralimpiya Oyunlarına lisenziya əldə edən təmsilçimiz Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verib: “Öz ölkəni ən mötəbər idman yarışında təmsil etmək hər idmançıya nəsib olmur. Bu, karyeramın ən böyük uğurudur. Məşqlərimi yüksək səviyyədə davam etdirirəm. Məqsədim Vətənə medalla qayıtmaqdır".
Qeyd edək ki, Beynəlxalq Paralimpiya Komitəsi Mahmudova iştirak lisenziyası (“bipartite”) verib.
- Badmintonçularımız beynəlxalq turnirdə uğurlu çıxış ediblər
- Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək
- “Neftçi”nin oyununda insident - kiprli futbolçulardan hücuma cəhd
- AFFA rəsmisinə UEFA-dan təyinat
- Azərbaycanla Türkiyənin Kanoe və Avarçəkmə Federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq