Paraüzgüçümüz qızıl medal qazandı
25.04.2024 - 00:26
Paraüzgüçümüz Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz 100 metr məsafəyə brass üsulla üzmədə finişə birinci çatıb.
Bu, Azərbaycan yığmasının çempionatda 3-cü medalı olub.
Qeyd edək ki, komandanın heyətində Raman Saley 100 metr məsafəyə arxasıüstə üzmədə qızıl, kəpənək üsulla üzmədə isə gümüş medal qazanıb.
- Sumaya növbəti müştəri - "Zirə"yə ödəniş etməyə hazırdırlar
- “Selye”nin futbolçusu: “Rəqibi məğlub etmək üçün bütün məlumatlara sahibik”
- Güləşçilərimiz dünya çempionatında 2 bürünc medal qazanıb
- Emreli oynadı, komandası qələbə qazandı
- Kristian Avram: "Araz-Naxçıvan" rəqibdən asılı olmayaraq həmişə qələbəyə köklənir" - Müsahibə
0
0