Sambo üzrə növbəti dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib
07.11.2025 - 18:18
2026-cı ildə sambo üzrə dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib.
Apasport.az xəbər verir ki, turnir Özbəkistanın Səmərqənd şəhərində təşkil olunacaq.
Azərbaycan təmsilçilərinin də qatıldığı hazırkı dünya çempionatı isə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilir.
Qeyd edək ki, yarışa noyabrın 9-da yekun vurulacaq.
0
0