Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb
08.04.2026 - 12:31
Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası məlumat yayıb.
Şose velosipedi üzrə U-23 yığmasının üzvü Qazaxıstanın Almatı şəhərində keçirilən "Road Race 2026" turnirində iştirak edib.
130 idmançının mübarizə apardığı yarışda təmsilçimiz 25 km-lik fərdi ötüşmə növündə bürünc medala sahib çıxıb.
- Kişi voleybolçular arasında Azərbaycan çempionu müəyyənləşdi
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Julio Romao: “Braziliya bu il, nəhayət ki, dünya çempionu ola biləcək”
- Hakimi təhqir etdi - 4 OYUNLUQ CƏZALANDIRILDI
- Tahir Baxşıyev: “Şəki"dən daha yaxşı oyun gözləyirdim”
0
0