Tofiq Musayev UFC-də
24.05.2025 - 17:54
Tofiq Musayev UFC-də

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Tofiq Musayev UFC-nin Bakı turnirində iştirak edəcək.
 
Apasport.az xəbər verir ki, turnirdə üçüncü Azərbaycan təmsilçisi olan Tofiqin rəqibi də bəllidir.

35 yaşlı idmançımız iyunun 21-də Mıqtıbek Orolbay ilə qarşılaşacaq.
 
Qeyd edək ki, bu döyüş Musayevin UFC-də ilk çıxışı olacaq.