Los-Anceles-2028-in keçirilmə tarixi açıqlandı
19.07.2022 - 09:55
2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının keçirilmə tarixi dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, Təşkilat Komitəsi Olimpiadanın startının iyulun 14-də veriləcəyini açıqlayıb.
4 illiyin ən möhtəşəm yarışı 2 həftədən bir qədər çox çəkəcək. Oyunların bağlanış mərasimi iyulun 30-da olacaq.
Los-Anceles-2028 Paralimpiya Yay Oyunları isə 15-27 avqustda keçiriləcək.
Qeyd edək ki, bu, Los-Ancelesdə 3-cü Olimpiada olacaq. ABŞ-ın bu şəhəri 1932-ci və 1984-cü illərdə də analoji yarışa ev sahibliyi edib.
- “Napoli”də Spallettini Rudi Qarsiya əvəz edəcək
- “Azarkeşlər yalnız məni təhqir edəcəklər”
- "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
- Azərbaycan kuboku: "Qəbələ" 1/4 finalda -YENİLƏNİB
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
0
0