Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları bu gün başa çatacaq.
Apasport.az xəbər verir ki, ölkəmiz yarışların son gününə aktivində 2 qızıl, 2 gümüş və 2 bürünc medalla girir.
Ölkəmiz bu nəticə ilə hələ ki, sıralamafa 28-ci yerdə qərarlaşıb.
Qonşu dövlətlər- İran (3 qızıl, 5 gümüş, 2 bürünc) 22-ci, Gürcüstan (3 qızıl, 2 gümüş, 1 bürünc) 24-cü, qardaş ölkə Türkiyə (3 gümüş, 5 bürünc) 64-cü, Ermənistan (3 gümüş, 1 bürünc) 66-cı sıradadır.
İlk "üçlük"də Çin (39 qızıl, 27 gümüş, 24 bürünc), ABŞ (38 qızıl, 42 gümüş, 42 bürünc), və Avstraliya (18 qızıl, 18 gümüş və 14 bürünc) yer alıblar.
Qeyd edək ki, Paris-2024-ün son günündə sərbəst güləşçimiz Maqomedxan Maqomedov 97 kq çəki dərəcəsində bürünc medal üçün döşəkçə üstünə çıxacaq.
- "Beşiktaş"da daha bir ayrılıq
- Qəzənfər Abbasovun taleyi qeyri-müəyyəndir: “DANIŞIQ OLMAYIB”
- ÇL: Koxalskinin üç seyvi günün ən yaxşı qurtarışları sırasında yer alıb - VİDEO
- Xabi Alonso: "İlk qoldan sonra komandanın çox istəkli olduğunu gördüm"
- Premyer Liqa klubu baş məşqçisi ilə anlaşdı - 2032-ci ilə qədər