İtaliyanın Milan və Kortina şəhərlərində keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarına yekun vurulub.
Apasport.az verir ki, yarışın təntənəli bağlanış mərasimi "Arena di Verona" stadionunda baş tutub.
Azərbaycan yarışda iki idmançı ilə təmsil olunub. Slalom növündə Anastasiya Papatoma ilk enişini 59-cu sırada tamamlayıb. O, ümumilikdə 95 iştirakçı arasında 51-ci pillədə qərarlaşıb.
Vladimir Litvintsev qısa proqramda 63.63 xal toplayaraq 29 iştirakçı arasında sonuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, medal sıralamasında Norveç birinci olub. İkinci pillədə ABŞ qərarlaşıb. İlk üçlüyü Niderland tamamlayıb.
- “Araz-Naxçıvan”ın kapitanı: “Qurban Qurbanovun düşüncəsi necədirsə, mənim üçün də elədir”
- Baş məşqçi getdi, prezident eyni fikirdə deyil
- Aleksey Baqa yığmaya namizəd oldu
- Yeniyetmələr arasında Bakı şəhər birinciliyi başa çatıb
- Karateçilərimiz Qran-Pri turnirində medal sıralamasında birinci yeri tutub