Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27.04.2024 - 16:21
Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Bolqarıstanın Burqas şəhərində keçirilən “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində 5 bürünc medal əldə ediblər.
Apasport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Səkinəxanım İsmayılzadə həm çoxnövçülük, həm də gürzlər və topla çıxışda bürünc mükafat qazanıb.
Ayan Sadıqova halqa, Dəniz Əsgərova lentlə hərəkətdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, ümumilikdə beş bürünc medal qazanan yığmamız komanda hesabında 3-cü yeri tutub.
- Çempionlar Liqası: “Mançester Siti”dən məğlubiyyət, “Milan” Madriddən qalib dönür - YENİLƏNİB
- Premyer Liqada ayın ən yaxşısı müəyyənləşib
- “Roma” Dibalaya alternativ tapıb
- "Eqnatiya"nın idman direktoru: "Zamiq Əliyevin performansı yüksək səviyyədədir" - Açıqlama
- Ceyhun Sultanov: “Kadinin seçimi maliyyə ilə bağlıdır”
0
0